Azərbaycan işğaldan azad edilmiş ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə xarici şirkətlərlə sənədlər imzalayıb. Bunu Prezident İlham Əliyev deyib.
"Ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərlə lazımi sənədlər imzalanıb və onlar yaxın vaxtlarda Azərbaycana gələcəklər. Onlar özləri araşdırma aparacaqlar, lakin biz onları lazım olan materiallarla təmin edəcəyik", - deyə Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısı deyib ki, hazırda onun göstərişi ilə müvafiq dövlət qurumları azad edilmiş ərazilərdə foto və videoçəkilişlər aparır.
“Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər”, - deyə prezident qeyd edib.*