2021-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 25 milyon manatlıq ($14,7 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə əməliyyatların həcmi 70,7% azalıb.
Yanvarda Azərbaycana 36,1 min turist gəlib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 6,3 dəfə azdır.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır.**
B.Rüstəmbəyov