Çərşənbə günü OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) fevral-mart aylarında Səudiyyə Ərəbistanının üzərinə götürdüyü hasilatın sutkada 1 milyon barrel məhdudlaşdırılması ilə bağlı könüllü öhdəliyin aprel ayında başa çatması ilə əlaqədar, üzv ölkələri tərəfindən neft hasilatının sutkada 0,5 milyon barrel artırılması variantını müzakirə edəcək.
“İnterfaks”ın mənbələrinin məlumatına görə, dünən OPEC+ Texniki Komitəsinin qənaətinə görə, sutkad 1,5 milyon barrelə faktiki qayıdış neft bazarının balanslaşdırılmasına təsir etməyəcək, baxmayaraq ki, bu cür aydın şəkildə tövsiyyə JMMC üçün qeyd olunmayıb.
O cümlədən, iştirakçılar may və iyun aylarında neft hasilatının sutkada 0,5 milyon barrel artırılması məsələsinə toxunublar, çünki yanvar ayından OPEC+ ölkələri dərhal sutkada 2 milyon barrle artırmaqdan imtina ediblər, fevral-mart aylarında isə tədricən artım üçün fasilə götürüblər (Rusiya və Qazaxıstan istisna təşkil edir). **