“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ildə 14 milyon 631,5 min ton həcmində yük daşımaları həyata keçirib, bu da 2019-cu ilin göstəricisindən 3,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a ADY-dən məlumat verilib.
Yüklərin ümumi həcmindən 7 milyon 683,4 min ton beynəlxalq daşımaların payına düşüb (azalma 5,5%).
Eyni zamanda, 2020-ci ildə tranzit yük daşımalarının həcmi artıb. Ötən il 4 milyon 130,8 min ton onların payına düşüb (artım 8,8%).
2019-cu illə müqayisədə daxili yük daşımalarının həcmi 14,5% - 2 milyon 817,3 min tonadək azalıb. **
B.Rüstəmbəyov