2021-ci ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələr üzrə planı 115,1% yerinə yetirib. Bu barədə DGK-nin sədri Səfər Mehdiyev məlumat verib.
“İlkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-fevrak aylarında DGK dövlət büdcəsinə köçürmələr üzrə planı 115,09% yerinə yetirib. Proqnozdan artıq köçürülmüş məbləğ 77,74 milyon manat təşkil edib”, - Mehdiyev özünün Twitter hesabında yazıb.
2021-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 3,9 milyard manat təşkil edir. **
Ə.Məmmədov