Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb.
“Hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz”, - Əliyev bu gün Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanı qəbul edərkən bildirib.
Həmçinin, Əliyev vurğulayıb ki, Bakı İslamabad ilə hərbi-texniki əməkdaşlığın davam etidirilməsində maraqlıdır və Pakistandan alınan hərbi texnikanı qeyd edib.
“Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq”, - prezident qeyd edib.
Dövlət başçısı ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edərək iqtisadi əməkdaşlıq məsələsinə toxunub.
“İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq”, - Əliyev bildirib. **
X.Nəsirzadə