Gürcüstan Azərbaycanla Ermənistan arasında konkret mövzular üzrə dialoq üçün Tbilisi şəhərini platforma etmək ideyası ilə çıxış edir. Bu barədə Gürcüstan XİN başçısı Daviz Zalkaliani bəyan edib.
“Bu bizim mövqeyimizdir və düşünürəm ki, bu istiqamətdə irəliləməyə davam edəcəyik”, - Gürcüstan telekanalları türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra Zalkalianinin sözlərindən sitat gətirirlər.
Gürcüstanlı nazirin sözlərinə görə, söhbət bizneslə əlaqədar və ya xalqlar arasında münasibətlər nöqteyi-nəzərindən iqtisadi xarakterli mövzulardan gedə bilər.
Çərşənbə günü Zalkaliani Türkiyədə səfərdədir. **