Beynəlxalq Valyuta Fondu (BVF) ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in illik artımını 2% səviyyəsində proqnozlaşdırır.
"Ortamüddətli perspektivdə real ÜDM-in illik artımının təxminən 2% təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, neft sektorunda artım tempinin azalması qeyri-neft sektorunda artım tempinin yüksəlməsi ilə kompensasiya olunacaq", - deyə fondun Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
İlkin qiymətləndirmələrə görə, BVF 2021-ci ildə Azərbaycanda ÜDM-in artım səviyyəsinin 2% təşkil edəcəyini, 2022-ci ildə isə 1,6%-ə qədər azalacağını gözləyir.
"Yenilənmiş proqnozumuz bu ilin aprel ayında dərc olunacaq", - deyə o əlavə edib.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən 4,3% azalıb.*
Ə.Məmmədov