Dünya Bankı COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə Azərbaycana $95 milyon məbləğində kredit ayıra bilər.
Vəsait “COVİD-19-a təcili reaksiya” işçi adı olan layihə çərçivəsində ayrıla bilər. Layihə barədə məlumat DB-nin saytında dərc olunub.
Layihə COVİD-19-un yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab verməyə yönələcək.
Məlumatda layihənin detalları qeyd olunmur, çünki DB və Azərbaycan hökuməti hələlik layihəni müzakirə etməyib.
2020-ci ildə Azərbaycan hökuməti koronavirus əleyhinə tədbirlərin maliyyələşdirilməsi, həmçinin biznesin dəstəklənməsinə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsait və ya ÜDM-in 2,7%-ni (cari məzənnə ilə $1,2 milyarda yaxın) ayırıb.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb.**
Ə.Məmmədov