Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı Zəngəzur dəhlizinin icrasına əngəl törətməkdə ittiham edib.
“Biz əməkdaşlığa hazırıq (Ermənistanla -İF). Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik”, - Əliyev cümə günü Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib.
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş faydalı olub, tərəflər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üzrə üçtərəfli qrupun yaradılması haqqında bəyanat imzalayıblar. Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun ilk iclası 30 yanvar tarixində keçirilib. **
Ə.Məmmədov