Azərbaycanda koronavirus infeksiyasına 403 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 236,365 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 353 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 241 nəfərə çatıb.
Virusa yoluxmuş 229,718 min nəfər (sutka ərzində +127) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 809 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 169 (ötən gün 9 436 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 653,375 min test aparılıb.**
B.Rüstəmbəyov