Azərbaycan prezidenti İlham Əliyev regionda nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə bəyan edir.
“Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi”, - Əliyev çərşənbə axşamı bildirib.
Onun sözlərinə görə, “indi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik. “Xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”, - o vurğulayıb. **
R.Əhmədov