Prezident İlham Əliyev bu gün Bəylər Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
B.Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə təltif edilib.
B.Eyyubov 2020-ci ilin mart ayından Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisidir.*
X.Nəsirzadə