SOCAR Marine şirkəti (SOCAR-ın törəmə strukturu) 2020-ci ilin yekunları üzrə Türkiyədə beynəlxalq gəmi yanacağı satışı sektorunda lider olub. Bu barədə “İnterfaks-Azərbaycan” Türkiyə mətbuatına istinadən məlumat verib.
“Ötən il SOCAR Marine gəmilərə 650 min ton yanacaq satıb: Türkiyə boğazlarından tranzitlə keçənlərə, xaricdən Türkiyə limanlarına və ya geri istiqamətində hərəkət edənlərə. Bununla, Türkiyənin gəmi yanacağı satışı bazarında şirkətin payı 26%-ə çatıb və SOCAR Marine 2019-cu ildə olduğu kimi, ölkənin beynəlxalq gəmi yanacağı satışı sektorunda birinci yerdə qərarlaşıb”, - məlumatda qeyd olunur. **
N.Abbasova