2020-ci ildə Azərbaycanda COVID-19 infeksiyasına görə tətbiq olunan karantin şəraitində 16,8 min biznes obyektində sanitariya qaydalarının pozulması aşkar edilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
Ötən il ümumilikdə 156,2 min sahibkarlıq subyektində monitorinqlər aparılıb. 16,8 min obyektdə və ya monitorinqlərin aparıldığı subyektlərin 10,8%-də pozuntular aşkar edilib.
Aşkar edilmiş pozuntuların ümumi sayı 34,9 min təşkil edib.*
X.Nəsirzadə