12.03.2021 11:34

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtda təmir işlərinin həyata keçirilməsi üçün podratçılar seçir

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2 lot üzrə tender elan edib.

1-ci lot Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsini, 2-ci lot isə mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsini nəzərdə tutur.

Tenderdə hər bir lot üzrə iştirak haqqı 1 min manatdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 29 aprel saat 18:00-dək təqdim edə bilərlər. İddiaçıların təklifləri 30 aprel saat 11:00-da açılacaq.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.