2020-ci ildə real vaxt rejimində Azərbaycanın milli ödəniş sistemi (MÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 223,4 milyard manat təşkil edib, bu da ÜDM-in göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
“2020-ci ilin yekunları üzrə milli ödəniş sistemi (AZIPS və HÖNKS - İF) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 223,4 milyard manata, əməliyyatların sayı – 59,8 milyona çatıb”, - AMB-dən qeyd olunur.
AMB-dən vurğulanıb ki, 2020-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 3,3 milyard manat təşkil edib, bunun 54%-i bnağdsız formada həyata keçirilib. 2019-cu illə müqayisədə nağdsız ödənişlərin həcmi 22% artıb.
2020-ci ildə Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 2,8 milyon manat, $14,6 milyon, 3,1 milyon avro məbləğində 53,2 milyon kart əməliyyatı həyata keçirilib.
“2019-cu illə müqayisədə əməliyyatların ümumi sayı 2,4 dəfə, manatla əməliyyatların sayı – 2 dəfə, ABŞ dolları ilə - 42%, avro ilə - 4% artıb”, - AMB-dən qeyd ediblər. **
Ə.Məmmədov