2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana $100 milyon 112,59 min dəyərində (azalma 18,5%) 9,437 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% azalıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $82 milyon 536,05 min dəyərində (azalma 17%) 8,619 min ədəd avtomobil (azalma 19,6%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $474,61 milyon dəyərində 10 ədəd elektrokar və $5 milyon 250,78 min dəyərində 1,042 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, yanvar-fevral aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $11 milyon 8,72 min dəyərində 765 ədəd motorlu nəqliyyat vasitəsi (artım 3,3%), o cümlədən $2 milyon 357,39 min dəyərində 15 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 40%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $4 milyon 210,43 min dəyərində 38 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 40,6%) gətirilib
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov