Türkiyənin NATO-ya üzvlüyü Moskva və Ankaranın birgə fəaliyyətinə mane olur, lakin bu fəaliyyəti səmərəli adlandırmaq olar. Bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın tengrinews.kz portalına müsahibəsində bildirib.
“Türkiyə ilə münasibətlərdən söz açsaq, bizim sadə olmayan, çox mürəkkəb, lakin çox səmərəli fəaliyyətimiz var. Birgə fəaliyyətimiz. Mürəkkəb, çünki mane olurlar və Türkiyənin NATO-nun üzvü olması əngəl törədir. Hətta deyərdim, bu inkila təcrübədir, ölkələrdəb biri NATO-nun üzvüdür, digəri isə yox. Onlar ümumi məxrəcə gəlirlər, birgə fəaliyyət həyata keçirirlər, hətta mümkün olması çətin görünən güzəştlər tapırlar. Ancaq biz həll variantları tapırıq”, - Şoyqu bildirib.
“Əlbəttə ki, son işimiz Dağlıq Qarabağdır. Bu çox sadə olmayan əməliyyatdır. Bunu məhz bu cür adlandırmaq istərdim, başqa cür yox. Çünki burada böyük sayda arqumentlər, elementlər, səbəblər vardı. Razılaşın ki, iki qardaş xalq, iki yaxın qonşularımız, bir daha təkrar edim ki, birlikdə yaşayadıqlarımız düşmənçilik edəndə və sonra sülh, razılıq və dostluq şəraitində yaşayacağıq...”, - Şoyqu vurğulayıb. **