Azərbaycan prezidemnti İlham Əliyev çərşənbə günü İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsihaqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini, Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini, Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
Ə.Məmmədov