Səudiyyə İnkişaf Fondu Azərbaycanda Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahibkarlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə kredit xətti açmağı planlaşdırır.
KOBİA-dan verilən məlumata görə, bu məqsədlə martın 17-də Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və “Kapital Bank” ASC arasında razılaşma sənədi imzalanıb. Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal və “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.
“İnterfaks-Azərbaycan”a “Kapital Bank”dan məlumat verilib ki, açılacaq kredit xəttinin məbləği yaxın zamanda keçiriləcək danışıqlar zamanı müzakirə olunacaq. **
Ə.Məmmədov