Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası üzrə İdarəsi martın əvvəlindən 18 ton pomidorun Azərbaycandan RF ərazisinə buraxılmaması ilə bağlı məlumat yayıb.
“Fitosanitar nəzarəti zamanı Azərbaycandan gətirilən 18 ton pomidorda karantin obyekti olan pomidor güvəsinin (Tuta absoluta Povolny) aşkar edilməsi ilə əlaqədar bu məhsullar RF ərazisinə buraxılmayıb”, - deyə məlumatda bildirilir.
“Yüklər Azərbaycana geri qaytarılıb. Yük sahibləri RF İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.*
X.Nəsirzadə