2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 82 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 410,6 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə uyğundur.
Yanvar-fevral aylarında 2,8 min ton gips (artım 4 dəfə), 12,5 min ton sementdәn tikinti blokları vә kәrpiclәri (artım 14,7%), 289,9 min ton hazır beton qarışığı (artım 19,5%) və 5,8 min ton tikinti əhəngi (artım 18,4%) istehsal edilib.
Hesabat dövründə emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 65,7% - 605,9 tonadək, asfalt istehsalı 77,6% - 5,8 min tonadək, tikinti kərpici istehsalı 7,6% - 65,3 min kubmetrədək, betondan yığma tikinti konstruksiyalarının istehsalı 20,4% - 7,4 min kubmetrədək azalıb.*
B.Rüstəmbəyov