Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) iki yeni hərbi hissəsinin açılış mərasimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Martın 18-də Z.Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər. Nazir əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib”, - deyə məlumatda bildirilir.
Müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcək.*
X.Nəsirzadə