Azərbaycan Rusiyanın daha 16 müəssisisəsinə öz bazarına heyvandarlıq məhsullarının tədarükünə icazə verib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”)məlumat verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu qərarı Rusiya xidməti tərəfindən təqdim olunan zəmanət əsasında qəbul edib. 3 ət emalı müəssisəsi, 4 balıq müəssisəsi, 3 yem istehsalçısı, bir cins inkubasiya yumurta istehsalçısı, 5 heyvandarlıq məhsullarının saxlanılması üzrə müəssisə ixrac hüququ əldə edib.
Hazırda 897 Rusiya müəssisəsi nəzarət altında olan malları Azərbaycana ixrac etmək hüququna malikdir. **