Rusiyalı politoloq, “Siyasi Tədqiqatlar İnstitutu” MMC-nin baş direktoru Sergey Markov hersab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair üçtərəfli öhdəlikləri yerinə yetirəcək, çünki Azərbaycanla yeni müharibədən qorxur.
“Paşinyan Azərbaycanla Qarabağa dair sülh müqaviləsinin şərrlətini əsasən yerinə yetirəcək. Çünki yenidən müharibənin başlanmasından qorxur. Və çünki Rusiya müqaviləyə riayət etməyi tələb edir”, Markov Facebook səhifəsində yazıb.
Onun rəyinə görə, ehtimal ki, Paşinyan 2021-ci ilin yayında Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcək. “Görünür, həmin seçkilərdə Paşinyan əvvəlkindən az olsa belə, səslərin çoxluğunu toplayacaq. Yəgin ki, seçkilərdən sonra Paşinyan baş nazir olaraq qalacaq”, - politoloq vurğulayıb.
Markov hesab edir ki, Qarabağ müharibəsindən sonra Ermənistanda bir neçə ay davam edən etirazlar Paşinyanın opponentlərinin Ermənistanın baş nazirindən daha az populyar olduğunu nümayiş etdirdi. “Yeni simalar meydana gəlmədi. Köhnələr isə, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan kimi, populyarlıqlarını bərpa etmədilər. Onları ordunun süqutu və korrupsiyada günahkar hesab edirlər. Həmçinin, Rusiya Paşinyanın devrilməsi ideyasını dəstəkləmədi”, - politoloq yazıb. **
R.Əhmədov