Bolqarıstana səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rüsumu 35 avro məbləğində saxlanılacaq.
Bolqarıstan mətbuatının məlumatına görə, viza rüsumunun məbləğinin 60 avrodan 80 avroya qədər artırılması təklif olunur, 12 yaşa qədər uşaqlar üçün isə rüsum ləğv edilir.
“Lakin rüsumun artırılması Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və Belarus vətəndaşlarına şamil edilməyəcək, onlar üçün viza rüsumu 35 avro məbləğində qalacaq, bu ölkələrin vətəndaşlarının 12 yaşadək uşaqları isə rüsumdan azad edilirlər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Bolqarıstan çoxdəfəli turist vizalarının verilməsinə başlayacaq.
Çoxdəfəli turist vizasının verilməsi barədə qərar sənədlər təqdim edildikdən sonra 15 gün ərzində qəbul ediləcək.*
R.Əhmədov