2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 50,5 milyon manatlıq ($29,7 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə əməliyyatların həcmi 68% azalıb.
Yanvarda aparılan əməliyyatların həcmi 25 milyon manat fevralda – 25,5 milyon manat olub.
Yanvar-fevralda Azərbaycana 72,1 min turist gəlib ki, bu da 2020-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,9 dəfə azdır.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır.**
B.Rüstəmbəyov