İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” internet portalı Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə 6 aprel 2021-ci il tarixində “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq forum təşkil edəcək.
“Azexport”dan verilən məlumata görə, forum onlayn formatda keçiriləcək.
Forumda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Forumun iştirakçıları nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivlər barədə məruzələrlə çıxış edəcəklər.*
B.Rüstəmbəyov