Ermənistan Rusiya ilə geniş və uzunmüddətli hərbi-texniki əməkdaşlığa yönəlib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Ermənistan Rusiya Federasiyası ilə geniş və uzunmüddətli hərbi-texniki əməkdaşlığa yönəlib, bu da iki dövlətin uzunmüddətli strateji maraqlarından irəli gəlir”, - Paşinyan 7 aprel tarixində RF-yə işgüzar səfəri ərəfəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisində dövlətlərarası ikitərəfli sazişlərə əsasən Ermənistan və Rusiya Birləşmiş Qoşun Qruplaşması Komandanlığıvə Rusiya və Ermənistan Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sistemlərinin yaradılması və fəaliyyət göstəməsini, o cümlədən hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv oldiuğunu nəzərə alaraq, “aydındır ki, Ermənistan Rusiyadan, ilk növbədə RF və KTMT üzrə digər müttəfiqlərlə uyğunlaşa bilən və müasir silah və sursatların tədarükündə son dərəcə maraqlıdır”.
Ermənistan Rusiyadan silah alışını, xüsusilə Su-30SM qırıcıları və bu təyyarələr üçün sulahların alınmasını davam etməyi planlaşdırırmı sualına cavabında baş nazir deyib: “Sizin qeyd etdiyiniz təyyarə növünə gəlincə cavabım müsbətdir, çünki bu müasir çoxfunksiyalı qırıcılardır və onların alışı həm bizim ikitərəfli müqavilə sənədləri, həm də milli Silahlı Qüvvələrinin inkişafı proqramı ilə nəzərdə tutulur”. **