07.04.2021 17:28

Türkiyənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilib.

“Görüşdə C.Bayramov E.Özoralın xüsusi rolunu və Azərbaycan ilə Türkiyə arasında yüksəksəviyyəli münasibətlərin mövcud olduğunu qeyd edib”, – deyə məlumatda bildirilir.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər verildiyi kimi, Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində E.Özoralı Cahit Bağcı əvəz edəcək.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.