2021-ci ilin birinci rübün yekunları üzrə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolaları 2 milyard 85,73 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl CaBBAROV BƏYAN EDİB.
“Hesabat dövründə büdcəyə vergi daxilolmaları üzrə proqnoz 121,1% əməl edilib. Ümumilikdə, dövlət büdcəsinə əlavə daxilolmalar 363,8 milyon manat təşkil edib, bunun 211,1milyon manatı qeyri-neft sektorunun payına düşüb”, - Cabbarov rəsmi Facebook səhifəsində yazıb.
2021-ci ildə DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 250 milyon manat səviyyəsində nəzərdə tutulur. **
B.Rüstəmbəyov