Dövlət Sərhəd Xidməti (DSX) məlumat verib ki, Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb.
“Aprelin 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb”, - Xidmətin məlumatında vurğulanır.
Azərbaycan 2020-ci ilin payızında Ermənistanla müharibə dövründə Zəngilan üzərində nəzarəti qaytarıb. **
X.Nəsirzadə