Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bəyan edib ki, ötən gün Azərbaycandan erməni “hərbi əsirlər”in qaytarılması planlaşdırılmamışdı.
“Yalan və təxribatdır. Onlardan (Ermənistan hakimiyyəti) soruşun. Əhalini çaşdırırlar. Əsirlərin qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi”, - deyə o, “Hraparak” qəzetinin müxbirinə bildirib.*