Azərbaycan Mərkəzi Bankı əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi məqsədilə yeni “Nağd pul ofisi” yaradıb. Bu barədə AMB-dən məlumat verilir.
“Ofis bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında yerləşir. Vətəndaşlar həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilərlər”, - məlumatda deyilir.
Yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankında və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib. **
Ə.Məmmədov