Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Park 5 hektar ərazini əhatə edir.
Parkda 2020-ci ilin payızında Qarabağda müharibə zamanı Azərbaycanın Ermənistan Silahlı Qüvvələrindən qənimət götürdüyü hərbi texnika sərgilənir.
Xüsusilə, Parkda 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Burada həmçinin düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. **
B.Rüstəmbəyov