2020-ci ilin payızında Qarabağda Ermənistanın məhv olunan və Azərbaycan tərəfindən qənimət götürülən hərbi texnikasının dəyəri $5 milyard həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Döyüşlər zamanı Ermənisatn Silahlı Qüvvələrinə məxsus $5 milyard dəyərində silah və texnikanı məhv etmişik və qənimət götürmüşük”, - Əliyev bazar ertəsi Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan silahları pul ilə alıb. Ermənistana isə silahlar hədiyyə olunub və pulsuz verilib. **
A.Əzizov