2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı $501,6 milyon təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq $501,6 milyon təşkil edib.Bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə dayanıqlığının göstəricisidir”, - Cabbarov Facebook səhifəsində yazıb.
Nazir qeyd edib ki, 2021-ci ilin yanvar-mart aylarında qeyri-neft ixracının həcmi rekord göstəricidir. “İlk 3 ay ərzində qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq $500 milyonu ötüb", - Cabbarov əlavə edib.
2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı $1,9 milyard təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qyeri-neft ixracı $4 milyarda yaxın təşkil edəcək. **
Ə.Məmmədov