Belarus 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır ki, bu da 2020-ci illə müqayisədə 25% çoxdur.
“Bu il üçün bir milyon (Azərbaycandan neftin alınması - İF) planlaşdırılıb. Bu tədarüklər bərabər şəkildə gedir. Bu günə qədər 270 min ton tədarük edilib. 90 min tonluq tanker hazırda boşaltma məntəqəsinə hərəkət edir”, - deyə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
“BELTA” agentliyinin məlumatına görə, səfir qeyd edib ki, 2020-ci ildə Azərbaycan Belarusa 800 min tona yaxın neft tədarük edib. “Ölkələr arasında bu sahədə əməkdaşlıq yalnız inkişaf edəcək”, – deyə o vurğulayıb.*