“Belneftexim” və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə çərşənbə günü “Belneftexim” konserninin mətbuat xidməti məlumat verib.
“Memorandumda, həmçinin Belarus ixracatçılarla birgə Belarus Respublikasında istehsal olunan neft məhsullarının reallaşdırılması sahəsində əməkdaşlıq, birgə investisiya layihələrinin reallaşdırılması üzrə qarşılıqlı əlaqələr, o cümlədən Belarus Respublikasının daxili bazarında SOCAR tərəfindən neft məhsullarının satışında əməkdaşlıq şərtləri öz əksini tapıb”, - mətbuat xidmətindən dəqiqləşdirilib.
Konserndən vurğulanıb ki, memorandum neft və neft məhsullarının istehsalı və satışı sahəsində tərəflərin imkanlarının genişləndirilməsini nəzərdə tutur.
“Əməkdaşlığın əsas istiqamətləri Belarusa Azərbaycan neftinin tədarükünün tə.kili sahəsində qarşılıqlı əlaqələrin yaxşılaşmasına, həmçinin karbohidrogen istehsalçıları və sitehlakçıları arasında dialoqun aktivləşməsinə, səmərəliliyin artırılması məqsədilə Belarusun neft emalı zavodlarında texniki auditin aparılmasına yönəlib”, - mətbuat xidmətindən qeyd ediblər.
Belarus Dövlət Neft və Kimya Konserni ilə SOCAR arasında Anlaşma Memorandumu 2021-ci il aprelin 14-də imzalanıb. Sənədi “Belneftexim” konserninin sədri Andrey Rıbakov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalayıblar. **