2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 212,7 milyon manat və ya ÜDM-in 1,1%-i səviyyəsində təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat (2020-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə azalma 26,4%), xərcləri 5 milyard 523,7 milyon manat (artım 5,1%) təşkil edib.
2021-ci ilin 3 ayı ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 18 milyard 921,5 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov