Mayın 31-nə “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı çağırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Yığıncaqda 2020-ci il ərzində maliyyə və illik hesabatı təsdiq edilməsi, o cümlədən bankın fəaliyyəti ilə əlaqədar cari məsələlərin müzakirəsi planlaşdırılır”, - bankdan qeyd ediblər.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir. Bankın nizamnamə kapitalı 60 milyon manatdır. **
Ə.Məmmədov