Azərbaycanda koronavirus infeksiyasına 2148 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 298,522 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2163 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 107 nəfərə çatıb.
Virusa yoluxmuş 262,48 min nəfər (sutka ərzində +2287) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 935 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 583 (ötən gün 13 478 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 96,74 min test aparılıb.**
X.Nəsirzadə