Azərbaycanda koronavirus infeksiyasına 2144 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 300,666 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2148 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 140 nəfərə çatıb.
Virusa yoluxmuş 264,403 min nəfər (sutka ərzində +1923) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 32 min 123 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 184 (ötən gün 14 583 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 108,924 min test aparılıb.**
X.Nəsirzadə