Prezident İlham Əliyev bu gün Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Prezidentin digər sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Ramiz Həsənov 2018-ci ilin may ayından Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsində çalışır.*
R.Əhmədov