Prezident İlham Əliyev Azərbaycanın Bolqarıstan, İordaniya və İsveçdə fövqəladə və səlahiyyətli səfirlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Bu gün dövlət başçısının saytında dərc olunmuş sərəncamlara əsasən, Zaur Əhmədov Azərbaycanın İsveç Krallığında, Eldar Səlimov İordaniya Haşimilər Krallığında, Hüseyn Hüseynov isə Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.*
X.Nəsirzadə