2021-ci ilin birinci rübündə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 2,2% - 9 milyard 155,625 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Birinci rübdə bankın kredit portfeli 2,1% - 2 milyard 663,315 milyon manata qədər, istehlak kreditləri 4,5% - 626,652 milyon manata qədər, biznes kreditləri 1,9% - 1 milyard 347,858 milyon manata qədər, daşınmaz əmlak krediti 0,4% - 688,806 milyon manata qədər artıb.
Martın sonuna bankın öhdəlikləri 7 milyard 788,981 milyon manata (artım 2% - İF) bərabərdir.
2021-ci il martın 31-nə ABB-nin depozitlərinin həcmi 5 milyard 703,151 milyon manat (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 2,8%), o cümlədən əhalinin əmanətləri 1 milyard 194,396 milyon manat (azalma 7,4%) təşkil edib.
31 mart 2021-ci il tarixinə bankın kapitalı 1 milyard 366,644 min manat (artım 3%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata (dəyişməyib) bərabərdir.
ABB birinci rübü 32 milyon 395,17 min manat məbləğində xalis mənfəətlə başa vurub (2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 36,5% - İF).
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov