ABŞ prezidenti Co Bayden Osmanlı imperiyasında erməni soyqırımını rəsmi tanımağı planlaşdırır. Bu barədə adları çəkilməyən amerikalı məmurlara istinadən The Wall Street Journal məlumat verir.
Nəşrin yazdığına görə, Bayden 1915-ci ildə osmanlı türkləri tərəfindən ermənilərin kütləvi qətlləri, deportasiyası və aclığını soyqırım adlandıracaq.
Qeyd olunur ki, bu bəyanat şənbə günün xatirə gününə həsr olunan illik çıxışı zamanı səsləndiriləcək.
Məmurlar əlavə ediblər ki, heç bir son qərar və brifinqlər olmayıb. Və Bayden digər prezidentlər kimi, qətlləri soyqırım adlandırmayıb simvolik bəyanatla çıxış edə bilər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Haberturk telekanalına bəyan edib ki, Baydenin soyqırıma dair mümkün bəyanatı iki ölkənin münasibətlərinə xələl gətirə bilər. **