Asiya İnkişaf Bankı 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirini ÜDM-in 4,2% səviyyəsində proqnozlaşdırır.
“Büdcə kəsirinin ÜDM-in 4,2%-dək artacağını, sosial xərclərin isə yüksək qalacağını nəzərə alaraq, 2021-ci ildə vergi-büdcə siyasəti əvvəlki kimi, genişlənməyə yönələcək. Gəlirlərin bərpası və xərclər üzrə büdcə qaydasının təkrar tətbiqi nəticəsində 2022-ci ildə büdcə kəsiri ÜDM-in 0,7%-dək azalacq”, - AİB çərşənbə günü dərc olunan Asian Development Outlook 2021 icmalında qeyd edir.
Bankda gözləyirlər ki, 2021-ci ildə büdcənin gəlirləri ÜDM-in 34,5%-dək artacaq, 2022-ci ildə isə ARDNF-dən transfertlərin azalması nəticəsində 33,7%-dək azalacaq. Proqnozlara əsasən, xərclər 2021-ci ildə ÜDM-in 38,7%-dək artacaq, 2022-ci ildə isə fiskal nəzarətin bərpası nəticəsində 34,7%-dək azalacaq.
“İqtisadi artımın gözlənilən bərpası zamanı 2021-ci ilin sonuna dövlət borcunun ÜDM-in 21,1%-dək azalması və gələn il 20%-dək azalması proqnozlaşdırılır. Proqnozlara əsasən, ARDNF-nin aktivləri daxil olmaqla, ümumi ehtiyatlar 2021-ci ilin sonuna $50,1 milyarda qədər cüzi artacaq, yaxşı idarəetmə halında isə bir ildən sonra $50,4 milyardadək artacaq. Proqnozlara görə, 2021-ci ilin sonuna dövlət və zəmantəli xarici borc ÜDM-in 20% ekvivalentinə qədər və bir il sonra ÜDM-in 18,4%-dək azalacaq”, - hesabatda deyilir. **
Ə.Məmmədov