2021-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolaları 45,79 milyon manat - 2 milyard 85,73 milyon manata qədər artıb.
Dövlət Vergi Xidməti tərəfindən çərşənbə günü yayılan məlumata əsasən, vergi daxilolmaları üzrə plan 121,1% icra olunub.
Yanvar-mart aylarında vergi daxilolmalarının 72,4%-i qeyri-neft-qaz sektorunun, 27,6%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7% artıb.
Xüsusilə, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 1 milyard 510,8 milyon manat təşkil edib (artım 7,8%), proqnoz 116,2% icra olunub.
Həmçinin, neft-qaz sektorundan daxilolmalar 574,9 milyon manat təşkil edib, proqnoz 136,2% icra olunub.
DVX-nin məlumatına əsasən, 2021-ci ilin birinci rübü ərzində sosial sığorta haqları üzrə daxilolmalar 895,3 milyon manat (artım 9,6%), işsizlikdən sığorta haqları üzrə daxilolmalar - 30,3 milyon manat təşkil edib (artım 9.8%). Proqnozlar müvafiq olaraq 113,6% və 110,9% icra edilib.
Bundan başqa, birinci rübdə vergi orqanları tərəfindən icbari tibbi sığorta haqları üzrə 112,3 milyon manat toplayıblar, bu da proqnozdan 25,5 milyon manat çoxdur. **
Ə.Məmmədov